Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya hücumunu kəskin şəkildə pisləyib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, nazirliyin yaydığı bəyanatda deyilir: "İsrailin Qəzza əməliyyatı bu ölkənin təcavüzkar siyasətinin son nümunəsidir. İsrailin bu hücumunu qətiyyətlə pisləyir və dərhal dayandırılmasını tələb edirik. İsrailin hücumuna qarşı beynəlxalq cəmiyyət lazım olan reaksiyanı göstərməlidir. Bu hücumlarının dərhal dayandırılması üçün beynəlxalq cəmiyyəti və Birləşmiş Millətlər Təşkilatını lazım olan tədbirləri görməyə dəvət edirik. Türkiyə xalqı məzlum Qəzza xalqı ilə həmrəyliyini bundan sonra da davam edəcək".