POPULYARXƏBƏRLƏR

Allah kəlamının qiyməti

“Yasin” oxutdurmaq, Quran tapşırmaq kimi əməllərlə tez-tez qarşılaşırıq. Kimlərsə bunu mollalar üçün gəlir mənbəyi, kimlərsə Allah qarşısında savab, bir çoxları isə mənasını belə bilmədən boş və əhəmiyyətsiz hesab edir.

Əvvəldə bu əməlin mahiyyəti barədə. “Yasin” oxutdurmaq, Quran tapşırmaq həqiqətən bəyənilən bir əməldir. Allah kəlamını oxumağın böyük savabı var. Qurani-Kərimin hər hansı surəsini və ya bütünlüklə oxumaq o kitabı nazil edənin qarşında Onun dediklərini təsdiq etmək mənasının verir. Əlbəttə ki, Allahın buyurduqlarını oxumaq (əməl eləmək şərti ilə) Allah tərəfindən dəyərləndirilən bir işdir. Naqis bir misal da olsa, bu bir növ hansısa yazıçının kitabını oxumaq və onunla söhbət əsnasında bu kitabdan sitatlar gətirən zaman sənə qarşı hörmətinin artmasına bənzəyir. O ki, qaldı “Yasin” oxumağa, bu surə Quranın ən bəyənilən surələrindən ki, hətta bənzətmə kimi “Quranın gəlini” adını alıb. 
İndi də Quran tapşırmanın mahiyyəti barədə. Quranı oxuyan adam bunun müqabilində Allah tərəfindən verilən savabı vəfat edən şəxsə hədiyyə edir. Vəfat edən insan onsuz da daha özü savab qazanmaq iqtidarında deyil. Amma dünyada etdiyi yaxşılıqların müqabilində vəfat edəndən sonra da övladları və ya dostları onun üçün Quran oxumaq və ya oxutdurmaqla yenə də savab sahibi olur. 
Bəs Quranı oxutdurmaq müqabilində pul vermək olarmı? Əslində, hər bir müsəlman Allahın kitabını oxumağı bacarmalıdır. O cümlədən öz vəfat etmiş yaxının yuyub, qüsl verib, kəfənləyib dəfn etməyi, ona Quran oxuyub tapşırmağı da. İndi biri bunu eləməyi bacarmır və ya eləmək istəmir. Əvəzində bu işi görmək üçün adam, yəni mollanı, axundu əcr (icarə) tutur. Yenə də naqis misal olsa da, bu bir növ evdə təmir eləmək üçün usta çağırmağa bənzəyir. Ustanı da çağıranda ona zəhmətinin haqqını verdiyimiz kimi, bizim əvəzimizdən vəfat etmiş yaxınlarımızı dəfn edən, hələ üstəlik onun üçün vaxtını və gözünün nurunu sərf edib Quran oxuyan insana niyə də zəhmət haqqı verilməsin?
Bəziləri “mollalar Quranı pulla oxuyurlar. Qurana da qiymət qoymaq olar?” kimi fikirlər səsləndirirlər. Bu sualın cavabı sadədir. Heç kim səni Quranı mollaya oxutdurmağa məcbur etmir. Zəhmət çəkib özün də oxuya bilərsən. Amma oxumaq istəmirsənsə, o zaman gördürdüyün iş müqabilində zəhmət haqqını da verməlisən. O ki, qaldı Quranın oxunmasına görə tələb olunan zəhmət haqqının məbləğinə, bax, bu da əsas məsələdir. Bunun üçün yenə də naqis misal çəkməyə məcburuq. Evdə hər hansı bir təmir işini görən ustalar bəzən fərqli qiymətə işinin müqabilində pul tələb edir. Yəni qısası, “mən bu işi bu qiymətə görürəm” deyir. Ya razılaşırıq, ya da başqa birisini çağırırıq. Əksər hallarda razılaşırıq. Amma nədənsə növbə Allah kəlamına gələndə əlimiz əsir. Doğrudur, Quran Allah kəlamı olduğu üçün həqiqət qiymətsizdir. Amma ona qiyməti elə biz özümüz verməliyik. Daha “Quranı niyə baha oxuyursan?” sualını vermək ən azından insafsızlıqdır.



Yerləşdirilib:15 Noyabr, 2012  16:09, ]]>Çap]]>
 
Bu bölmədə:
19 Noyabr, 2014
No problem!
4 Avqust, 2014
12 şəhid

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com