 | POPULYARXƏBƏRLƏR |




|
Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur:
“Afərin paxıllığa! Nə ədalətli peşədir! Hamıdan əvvəl öz sahibini öldürər”.
(Nəhcül-Bəlağənin şərhi, c.1, səh.316)
Ətraflı| Şərhlər: 0 | Дата: 3 May, 2014
|
İmam Rzadan (ə) nəql olan bir hədisdə buyurulur:
“Mömində üç xüsusiyyət olmasa, mömin deyil: sirri örtülü saxlamaq, xalqla mülayim davranmaq və çətinlik və sıxıntılarda səbrli olmaq”.
(Tuhəful-Uqul, s. 442)
Ətraflı| Şərhlər: 1 | Дата: 1 May, 2014
|
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur:
“Allah-taala, içində toy olan evi sevər və içində təlaq olan evi düşmən bilər. Allah yanında təlaqdan mənfur qeyri bir şey yoxdur”.
(Kafi, c. 6, s. 54, 3-ci hədis)
Ətraflı| Şərhlər: 0 | Дата: 29 Aprel, 2014
|
Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur:
“Kim ömrünü azad yaşamaq istəyirsə, öz qəlbində tamaha yer verməsin”.
(Tənbihul-Xəvatir, c. 1, s. 49)
Ətraflı| Şərhlər: 0 | Дата: 26 Aprel, 2014
|
Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur:
“İnsanın ömrünün keçən hissəsinə ağlaması, vətəninə bağlılığı və köhnə dostlarını qoruyub saxlaması onun alicənablığındandır”.
(Nəhcül-Bəlağə, 27-ci xütbə)
Ətraflı| Şərhlər: 0 | Дата: 23 Aprel, 2014
|
Həzrət Əlidən(ə) nəql olunan bir hədisdə buyurulur:
“Bircə bilsəydin, nəfsinlə mübarizədə sənə kömək etməyən şəxslə yoldaşlığın sənə necə də ağır bir yükdür”.
(Ğurərul-Hikəm, 9041-ci hədis)
Ətraflı| Şərhlər: 0 | Дата: 21 Aprel, 2014
|
Allahın Peyğəmbərindən (s) nəql olunan bir hədisdə buyurulur:
“Kimdə üç şey olmasa onun heç bir əməli kamil olmaz. Bu onu Allaha itaətsizlikdən çəkindirən pəhrizkarlıq (təqva) və mənəvi paklıq, insanlarla mehriban davranmağına səbəb olan gözəl əxlaq və xoş xasiyyət, onunla cahil adamların nalayiq rəftarını özündən uzaqlaşdırdığı dözüm və helmdir”.
(Kafi, c.2, səh.116, hədis 1)
Ətraflı| Şərhlər: 0 | Дата: 18 Aprel, 2014
|
Həzrət Əlidən (ə) nqəl olunan bir hədisdə buyurulur:
“Sənə salam verildikdə ona daha yaxşı salamla cavab ver, kimsə sənə yaxşılıq etsə, ondan daha gözəl yaxşılıqla əvəzini ver. Bununla belə fəzilət (yaxşılığı) başlayana çatar”.
(Nəhcül-Bəlağə, hikmətli sözlər, 62)
Ətraflı| Şərhlər: 0 | Дата: 14 Aprel, 2014
|
İmam Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur:
“Ey tacirlər! Qazanc və işə başlamadan əvvəl Allahdan xeyir diləyin, alverdə sadə olmaqla Allahdan xeyir-bərəkət istəyin, alıcılara yaxınlaşın, həlimlik zinəti ilə bəzənin, and içməkdən çəkinin, yalan deməkdən uzaqlaşın, zülm etmək və haqsızlıqdan qorxun, məzlumlarla insaf və ədalətli davranın, sələmin ətrafına fırlanmayın və ölçü və çəkini kamil edin, camaatın haqqından bir şey kəsməyin və yer üzündə fəsad törədən olaraq dolaşmayın”.
(Biharul-Ənvar, c. 78, s.54, 100-cü hədis)
Ətraflı| Şərhlər: 0 | Дата: 10 Aprel, 2014
|
İmam Əli (ə) xütbələrindən birində buyurur:
“Cəmiyyətin əksəriyyəti ilə birgə olun. Çünki Allahın əli camaatladır (razılığı camaatladır). Bir-birinizdən ayrılmayın ki, sürüdən ayrı düşən qoyun canavara yem olduğu kimi insanlardan ayrı düşən də şeytana yem olar”.
(Nəhcül-Bəlağə, 127-ci xütbə)
Ətraflı| Şərhlər: 0 | Дата: 7 Aprel, 2014
|
|
|
41 səhifədən 22 << < 18 19 20 21 22 23 24 25 26 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|