İmam Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur:
“Ey tacirlər! Qazanc və işə başlamadan əvvəl Allahdan xeyir diləyin, alverdə sadə olmaqla Allahdan xeyir-bərəkət istəyin, alıcılara yaxınlaşın, həlimlik zinəti ilə bəzənin, and içməkdən çəkinin, yalan deməkdən uzaqlaşın, zülm etmək və haqsızlıqdan qorxun, məzlumlarla insaf və ədalətli davranın, sələmin ətrafına fırlanmayın və ölçü və çəkini kamil edin, camaatın haqqından bir şey kəsməyin və yer üzündə fəsad törədən olaraq dolaşmayın”.
(Biharul-Ənvar, c. 78, s.54, 100-cü hədis)