 | POPULYARXƏBƏRLƏR |




|
Qiyamət günü 3 gözdən başqa bütün gözlər ağlayacaq: Allah yolunda gecəni yatmayan göz, Allah qorxusundan (bu dünyada) ağlayan göz və naməhrəmlərdən və günahlara baxmaqdan uzaq olan göz.
(Kafi, c. 2, s. 80)
Ətraflı| Şərhlər: 2 | Дата: 28 Noyabr, 2013
|
Həzrət Əli (ə) Nəhcül-Bəlağədə buyurur:
"Allahın dinində (dini məsələlərdə) ixtilafa düşməkdən çəkinin! Sizin xoşunuza gəlməsə də, haqq ətrafında birləşmək xoşunuza gələn batil ətrafında birləşməkdən daha xeyirlidir. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah keçmişdə və hal-hazırda təfriqə və parçalanmaya səbəb olanlardan heç birinə xeyir əta etməmişdir."
(Nəhcul-Bəlağa, 175-ci xütbə)
Ətraflı| Şərhlər: 1 | Дата: 25 Noyabr, 2013
|
Imam Hüseyndən (ə) nəql olunan bir hədisdə buyurulur:
"İnsanların sizə olan ehtiyacı, Allahın sizə olan nemətidir. Bu nemətdən bezar olmayın".
(Nüzhətün-Nazir, s. 81.)
Ətraflı| Şərhlər: 0 | Дата: 21 Noyabr, 2013
|
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur:
“Üç şey vardır ki, Allah onları tərk etməyi heç kəsə icazə vermir:
- İstər yaxşı insanın olsun, istərsə də pis insanın əmanətinə qarşı sədaqətli olmaq
- İstər yaxşı insana olsun, istərsə də pis insana verdiyiniz vədəyə vəfalı olmaq
- İstər yaxşı valideyinə, istərsə də pis valideyinə qarşı yaxşılıq etmək.
(Xisalus-Saduq, s. 145.)
Ətraflı| Şərhlər: 1 | Дата: 16 Noyabr, 2013
|
"İmam Hüseyn (ə) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu:
Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm müsəlmanları yaxşılığa əmr edib, pislikdən çəkindirim, cəddimin və atamın getdiyi yol ilə gedim."
(Bihar, c. 44, s. 329)
Ətraflı| Şərhlər: 2 | Дата: 11 Noyabr, 2013
|
Imam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur:
“Üç şey Allaha şikayət edər: Camaatın namaz qılmadığı üçün xarab olan məscid, cahil və nadanlar arasında yalnız qalmış alim, üzərini toz-torpaq basmış və heç kimin oxumadığı Quran.”
(Biharul-Ənvar, c. 28, s. 175)
Ətraflı| Şərhlər: 1 | Дата: 6 Noyabr, 2013
|
İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur:
“Mömin möminin qardaşıdır, onu pis ifadələrlə təhqir etməz, onu yaxşılıqlardan məhrum etməz və ona qarşı bədgüman olmaz.”
(Tuhaful-Uqul, s. 221)
Ətraflı| Şərhlər: 1 | Дата: 29 Oktyabr, 2013
|
İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə buyrulur:
“Hər kəs bir xəstə insanın ehtiyaclarını ödəmək üçün çalışsa (buna nail olsa da, olmasa da), Allah onun günahlarını bağışlayar və o, anadan yeni doğulmuş uşaq kimi günahsız olar”.
(Mən La Yəhzuruhul-Fəqih, c. 4, s. 16)
Ətraflı| Şərhlər: 0 | Дата: 21 Oktyabr, 2013
|
Həzrət-Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur:
“Qardaşlarınızla görüşən zaman bir-birinizə əl verin, onlara gülərüzlülük və təbəssüm göstərin ki, ayrılarkən günahlarınız bağışlansın”.
(Biharul-ənvar, c. 76, s. 20, 3-cü hədis)
Ətraflı| Şərhlər: 0 | Дата: 18 Oktyabr, 2013
|
Bir gün bir kişi İslam Peyğəmbərindən (s) "elə çirkin işlər yoxdur ki, görməmiş olum. Tövbəmin qəbul olması və Haqqa qayıtmağım üçün bir yol varmı?" deyə soruşur. İslam Peyğəmbəri (s) o kişidən soruşur:
"Ata-anandan sağ olanı varmı?". O kişi cavabında "atam sağdır" deyir. Peyğəmbər (s) "get və ona yaxşılıq et" söyləyir.
Həmin kişi getdikdən sonra Peyğəmbərin (s) "Ey kaş anası sağ olaydı" dediyi nəql olunur.
(Kafi, c. 2, s.158, 1-ci hədis.)
Ətraflı| Şərhlər: 2 | Дата: 12 Oktyabr, 2013
|
|
|
41 səhifədən 26 << < 22 23 24 25 26 27 28 29 30 > >>
|
 | SONXƏBƏRLƏR |
 | XƏBƏRARXİVİ |
| « | Sen.2026 | | | Be. | Ça. | Çə. | Ca. | Cü. | Şə. | Ba. | | | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | | | | |
|