Allahın Peyğəmbərindən (s) nəql olunan bir hədisdə buyurulur:
“Kimdə üç şey olmasa onun heç bir əməli kamil olmaz. Bu onu Allaha itaətsizlikdən çəkindirən pəhrizkarlıq (təqva) və mənəvi paklıq, insanlarla mehriban davranmağına səbəb olan gözəl əxlaq və xoş xasiyyət, onunla cahil adamların nalayiq rəftarını özündən uzaqlaşdırdığı dözüm və helmdir”.
(Kafi, c.2, səh.116, hədis 1)