Bu barədə qərarı Üləmalar Şurası qəbul edib
Çeçenistanın Üləmalar Şurası respublikada müstəqil İslam telekanalının açılmasının vacib olduğunu bildirib. Şuranın iclasında bildirilib ki, İslam mövzusunda telekanalın fəaliyyətə başlaması cəmiyyətin dini inkişafına yardım edə bilər.
Qeyd edək ki, Çeçenistan prezidenti Ramzan Kadırov dini-mənəvi dəyərlərin, adətlərin və çeçen dilinin inkişafının vacibliyini bəyan etmişdi. Onun fikrincə, Çeçenistan bu yolla mədəniyyət və adət-ənənələrini qoruya bilər.