POPULYARXƏBƏRLƏR

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikanın dövlət katibi ilə görüşüb

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoneni qəbul edib. A. Paşazadə kardinalın səfəri çərçivəsində Bakıda "Müqəddəs Məryəm" kilsəsinin açılışını Azərbaycan üçün böyük hadisə adlandırıb: "Bu kilsənin açılışı Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi".

Şeyx Azərbaycanda dinlər arasında ayrı-seçkiliyə yol verilmədiyini, müxtəlif dinlərə qulluq edənlərin hamısının bərabər hüquq malik olduğunu diqqətə çatdırıb. O bunu dövlətin yürütdüyü düzgün siyasətin nəticəsi kimi qiymətləndirib.
Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ probleminə toxunan Şeyxülislam bildirib ki, ermənilər özlərini dünyaya əzabkeş millət kimi göstərməyə çalışır, qondarma erməni soyqırımı barədə əsassız iddialar irəli sürürlər: "Halbuki onlar Azərbaycan torpaqlarının 20 faizini ediblər, işğal altında olan ibadət ocaqlarını tamamilə dağıdıblar. Bir neçə gün öncə ermənilərin 16 il əvvəl törətdiyi Xocalı soyqırımının ildönümü idi. Bu, bütün bəşəriyyətin məruz aldığı ən böyük soyqırımlarından biridir". A. Paşazadə katoliklərin dünyada 5 min yepiskopunun olduğunu xatırladaraq, Azərbaycan həqiqətlərinin çatdırılmasında onların da xidməti ola biləcəyini vurğulayıb.
Vatikanın dövlət katibinin bu gün səhər əsaslı təmir olunan "Təzəpir" Məscidinə baxış keçirdiyini söyləyən Şeyx onu məscidin açılış mərasiminə dəvət etdiyini də deyib: "Biz dövlət katibinin "Təzəpir" Məscidinin açılışında iştirak edəcəyini gözləyirik".
Öz növbəsində, Vatikanın dövlət katibi Azərbaycandakı tolerantlığın cəmiyyətin sütununu təşkil etdiyini, ölkənin uğurla inkişafa doğru getdiyini bildirib: "Azərbaycanda bu tolerantlığın yaradılmasında və qorunmasında Şeyxin böyük rolu var". Kardinal Roma Papası II İohann Pavelin ağır vəziyyətdə olmasına baxmayaraq Azərbaycana səfər etdiyini xatırladıb, bunu onun ölkəmizə verdiyi önəmin göstəricisi kimi qiymətləndirib. Sonra Şeyx qonağa, qonaq da ona hədiyyələrini təqdim edib.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri də çıxış edərək, ölkədə tolerantlıq mühitinin yüksək səviyyədə olduğunu bildiriblər.



Yerləşdirilib:8 Mart, 2008  22:47, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com