Bakının Nardaran qəsəbəsində Danimarka qəzetlərində yenidən Məhəmməd peyğəmbərin (ə.s.) karikaturalarının dərc olunmasına və Fələstində baş verən son hadisələrə etiraz əlaməti olaraq mitinq keçirilib. Qəsəbənin Imam Hüseyn meydanında keçirilən etiraz aksiyasında ABŞ, Israil və bəzi Qərb dövlətlərinin əleyhinə şüarlar səsləndirilib.
Mitinqdə çıxış edən kənd sakini Hacı Əli Hüseynov bütün müsəlmanları Məhəmməd peyğəmbərin (ə.s.) təhqirinə və fələstinlilərə qarşı həyata keçirilən soyqırımına laqeyd qalmamağa çağırıb. Islam Partiyasının sədri Mövsüm Səmədov Israilin Fələstində soyqırımı törətdiyini, dünya ictimaiyyətinin buna etinasız yanaşdığını söyləyib.