POPULYARXƏBƏRLƏR

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, QMİ sədrinin müavini Hacı Sabir Həsənli bildirib ki, səfərin məqsədi "Əbu Hənifənin irsi və onun sivilizasiyalararası dialoqda rolu" mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak etmək olub. Onun sözlərinə görə, Əbu Hənifənin 1310 illiyinə həsr olunan simpoziumda 40-dan artıq dövlətdən 500-ə qədər nümayəndə iştirak edib.

Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2009

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin 60 ilik yubileyi, Şeyxülislamlıq fəaliyyətinin 30 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etmək üçün xarici ölkələrin dövlət rəsmilərinə göndərilən dəvətlərin bir hissəsinə cavab verilib. APA-nın məlumatına görə, bunu QMİ sədrinin müavini Hacı Sabir Həsənli bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti, baş naziri və xarici işlər naziri, Tacikistan prezidenti və bir sıra dini xadimləri yubiley tədbirinə qatılacaqlarını bildiriblər. Hacı Sabir həmçinin, Çeçenistan, İran, Türkiyə, Latviya, Kabardin Balkar, Dağıstan, Səudiyyə Ərəbistanını, İordaniya, Orta Asiya ölkələrinin dövlət rəhbərlərinin, həmçinin din xadimlərinin, Roma Papası və bir sıra ictimai xadimlərinin dəvətlilər sırasında olduqlarını deyib.

Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2009

"Yas mərasimləri ilə bağlı Naxçıvan Muxtar Respublikasında tətbiq olunan qayda bütün Azərbaycan üçün nümunədir". APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli bu gün keçirdiyi mətbuat konfransında deyib. Hazırda Naxçıvanda yas mərasimlərində yalnız çay və xurma verildiyini qeyd edən S.Həsənli bildirib ki, əslində İslam dini və Azərbaycan əhalisinin maddi vəziyyəti də bunu tələb edir: "Bu vaxta qədər din xadimləri olaraq dəfələrlə bildirmişik ki, yas mərasimlərinin dəbdəbəli keçirilməsi israfçılıq deməkdir. İsrafçılıq edənlərin də bəhanəsi qonşudan daha yaxşı mərasim təşkil etməkdir. Burada ağıla gəlməyən meyvələr süfrəyə qoyulur. Hətta son vaxtlar VİP "palatka"lardan söhbət gedir. Bəyəm, İslam beləmi tələb edir? Digər İslam dövlətlərində belə şey yoxdur".

Ətraflı| Şərhlər: 0 | Дата: 8 Oktyabr, 2009

Azərbaycan paytaxtında Bakı və Xəzəryanı Yeparxiyanın bərpa olunmasının 10 illiyi ilə bağlı tədbirlər keçiriləcək. Yeparxiyadan APA-ya verilən məlumata görə, Muzey Mərkəzində "Bakı və Xəzəryanı Yeparxiya – 10 illik yol" adlı fotosərgi, Azərbaycan Dövlət Filarmoniyasında dini musiqilərin səsləndiriləcəyi konsert təşkil olunacaq. Jen-Mironosits kafedral kilsəsində isə ibadət keçiriləcək. Yubileylə bağlı yepiskop Aleksandrın mətbuat konfransı da planlaşdırılıb.

Ətraflı| Şərhlər: 0 | Дата: 6 Oktyabr, 2009

Bu il həyata keçiriləcək Həcc ziyarəti üçün sənəd qəbulu kvota dolana qədər davam etdiriləcək. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Salman Musayev bildirib. QMİ-nin sədr müavini deyib ki, builki Həcc ziyarətinə zəvvarların yola salınmasına noyabrın 10-dan sonra başlanacaq.

Ətraflı| Şərhlər: 0 | Дата: 6 Oktyabr, 2009

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə oktyabrın 4-də Tacikistana gedəcək. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd 5-6 oktyabr tarixlərində Düşənbədə keçiriləcək "Əbu-Hənifənin irsi və onun sivilizasiyalararası dialoqda rolu" mövzusunda beynəlxalq simpoziuma qatılmaqdır. Səfər 2009-cu ili "İmam Əbu-Hənifə ili" elan etmiş Tacikistan hökumətinin rəsmi dəvəti əsasında həyata keçirilir. Allahşükür Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək.

Ətraflı| Şərhlər: 0 | Дата: 6 Oktyabr, 2009

Həcc ziyarətinə getmək istəyən 20-dək şəxs mövsümi qripə qarşı peyvənd olunub. Bu barədə APA-ya Həcc ziyarətinə gedəcək zəvvarların peyvənd olunmasını həyata keçirən 20 saylı poliklinikanın peyvənd məntəqəsinin məsul həkimi Arzu Seyidli məlumat verib. Onun sözlərinə görə, artıq Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi poliklinikada olaraq Həccə gedəcək zəvvarların neçə peyvənd olunacağı ilə bağlı məsləhətləşmələr aparıb: "Həccə gedəcək zəvvarlar mövsümi qripə qarşı peyvəndləri özləri əldə etməli, biz isə sadəcə onları vurmalıyıq".

Ətraflı| Şərhlər: 0 | Дата: 6 Oktyabr, 2009

"Fatimeyi Zəhra" məscidinin dini icmasının qadın üzvləri bu gün Heydər Əliyev Fondunda olublar. İcmanın sədri Tofiq Rəzizadə APA-ya bildirib ki, icma nümayəndələri fondun səlahiyyətli şəxsləri ilə görüşüb, məscidin sökülməsi haqqında məhkəmə qərarı barədə məlumat veriblər. İcma üzvləri məhkəmənin qərarından hazırlanan şikayət ərizəsini fond təmsilçilərinə təqdim ediblər.

Ətraflı| Şərhlər: 0 | Дата: 24 Sentyabr, 2009

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya paytaxtına səfər edəcək. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd sentyabrın 24-də Moskvada "Rusiya və İslam dünyası: stabillik naminə əməkdaşlıq" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir. Rusiya Müftilər Şurasının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransa Rusiya rəhbərliyinin nümayəndələri, ölkənin müsəlman subyektlərinin və beynəlxalq İslam təşkilatlarının rəhbərləri, görkəmli din və ictimaiyyət xadimləri dəvətlidirlər.

Ətraflı| Şərhlər: 0 | Дата: 24 Sentyabr, 2009

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bayram namazı həm sentyabrın 20-si, həm də 21-də qılınacaq. APA-nın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Şeyx deyib ki, Ramazan bayramının məhz hansı günə düşməsi ilə bağlı müxtəlif elmi araşdırmalar var.

Ətraflı| Şərhlər: 0 | Дата: 20 Sentyabr, 2009
 
777 səhifədən 706 << < 702 703 704 705 706 707 708 709 710 > >>
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com