POPULYARXƏBƏRLƏR

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 illik yubileyi və QMİ sədri postunda fəaliyyətinin 30 illiyinə həsr olunmuş "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda keçirilən iki günlük beynəlxalq konfrans bu gün öz işini davam etdirib. APA-nın məlumatına görə, Təzəpir məscidində keçirilən konfransa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov sədrlik edib. Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Tolqat Tacəddin öz təbrik çıxışında bütün insanların və cəmiyyətlərin dialoq şəraitində yaşamasının vacib olduğunu deyib: "Amma təəssüf edirik ki, bu gün biz hələ də dialoqa hazır deyilik. Bu gün ənənəvi dinlərin dialoq və əməkdaşlıq mühitində yaşamasına böyük ehtiyac var. Həmçinin həm sünnü, həm də şiələrin qarşılıqlı anlaşması mühümdür. Necə ki, biz bunu Azərbaycanda, Qafqazda görürük. Bu gün bütün müsəlmanlar eyni problemləri yaşayırlar və biz birgə hərəkət etməliyik".

Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009

Moskva və Bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəni 1-ci dərəcəli "Şərəf və Şöhrət" ordeni ilə təltif edib. APA-nın məlumatına görə, A. Paşazadəni təbrik edən patriarx onun SSRİ-nin süqutu zamanı yaranmış qarışıqlıqda rus kilsəsi ilə dostluq əlaqələrini qoruduğunu xatırladıb: "Buna görə sizə minnətdarlığımı bildirirəm".

Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009

Rusiya prezidenti Dmitri Medvedyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə zəng vuraraq onu anadan olmasının 60 illiyi və QMİ sədri postunda fəaliyyət göstərməsinin 30 illiyi münasibətilə təbrik edib.

Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009

İran prezidenti Mahmud Əhmədinejad Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə təbrik məktubu göndərib. İranın Azərbaycandakı səfirliyindən APA-ya təqdim olunan məktubda deyilir: "Dinlərarası dialoq mövzusunda keçiriləcək konfransda iştirakla əlaqədar Cənabınız tərəfindən ünvanlanmış dəvətnaməni sevinc və məmnunluq hissləri ilə aldım. Bu konfransda şəxsən iştirak etməkdən şad və məmnun olardım. Lakin, öncədən planlaşdırılmış proqramlar mənə belə bir imkanı vermədi. Bununla belə öz təşəkkür və təbriklərimi yaxın dostum və müşavirim Hüccətülislam Vəlmüslimin Hacı Əli Əkbərinin vasitəsilə Sizə çatdırıram".

Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin 60 illik yubileyi və Şeyxülislam kimi fəaliyyətinin 30 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Bakıya gəlmiş qonaqlar bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. APA-nın xəbərinə görə, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Belarus patriarxı Filaret və digər şəxslər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə əklillər qoyublar.

Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009

Minsk və Slutsk mitropoliti, bütün Belarusun patriarx ekzarxı Filaret bu gün Bakıya gəlib. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60, bu vəzifədə çalışmasının isə 30 illiyi ilə bağlı tədbirlərdə və dinlərarası dialoq mövzusunda konfransda iştirak etməkdir. Patriarxın prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi də gözlənilir.

Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009

Moskva və bütün Rusiyanın patriarxı Kirill noyabrın 6-da Azərbaycana gələcək. APA-nın patriarxlığın saytına istinadən verdiyi məlumata görə, Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin 60 illik yubileyi və şeyxülislam kimi fəaliyyətinin 30 illiyi münasibətlər keçiriləcək tədbirlərə qatılacaq. O, Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasında, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda da olacaq. Kirillin Bakıda bütün Gürcüstanın patriarxı II İlya ilə görüşü də nəzərdə tutulub.

Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009

Gürcüstan katalikos-patriarxı II İlya sabah Azərbaycana səfərə gələcək. APA-nın məlumatına görə, II İlyanı səfərdə böyük nümayəndə heyəti müşayitə edəcək. Patriarxın səfərində məqsəd Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin 60 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak etməkdir. Mərasimə qatılmaq üçün Moskva və bütün Rusiyanın patriarxı Kirill və digər din xadimlərinin də Bakıya gələcəyi gözlənilir.

Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009

"Azana heç kəs qadağa qoymayıb. Bundan söhbət belə gedə bilməz". Bu sözləri APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009

Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar üçün sənəd qəbulunun müddəti daha bir neçə gün uzadılıb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, sənəd qəbulu üçün elan olunan vaxt noyabrın 1-də başa çatsa da, yerlər dolmadığına görə müddətin uzadılması qərara alınıb.

Ətraflı| Şərhlər: 0 | Дата: 10 Noyabr, 2009
 
777 səhifədən 704 << < 700 701 702 703 704 705 706 707 708 > >>
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com