Azərbaycan paytaxtında Bakı və Xəzəryanı Yeparxiyanın bərpa olunmasının 10 illiyi ilə bağlı tədbirlər keçiriləcək. Yeparxiyadan APA-ya verilən məlumata görə, Muzey Mərkəzində "Bakı və Xəzəryanı Yeparxiya – 10 illik yol" adlı fotosərgi, Azərbaycan Dövlət Filarmoniyasında dini musiqilərin səsləndiriləcəyi konsert təşkil olunacaq. Jen-Mironosits kafedral kilsəsində isə ibadət keçiriləcək. Yubileylə bağlı yepiskop Aleksandrın mətbuat konfransı da planlaşdırılıb.