Azərbaycandan Həcc ziyarətinə avtobusla gedəcək zəvvarlar noyabrın 11-də yola düşəcəklər. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsindən məlumat verilib. Zəvvarlar saat 22.00-da Azadlıq meydanından yola salınacaqlar. Onları Həccə aparacaq 20-dən artıq avtobus Azərbaycandan Gürcüstana, oradan Türkiyə, Suriya, İordaniya ərazisindən keçməklə Səudiyyə Ərəbistanı Krallığına gedəcək.