Bu il həyata keçiriləcək Həcc ziyarəti üçün sənəd qəbulu kvota dolana qədər davam etdiriləcək. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Salman Musayev bildirib. QMİ-nin sədr müavini deyib ki, builki Həcc ziyarətinə zəvvarların yola salınmasına noyabrın 10-dan sonra başlanacaq.
Onun sözlərinə görə, hazırda Həccə gedəcək zəvvarların peyvənd olunması prosesi gedir.
Qeyd edək ki, bu il QMİ Həcc ziyarəti üçün ayrılan kvotanı 6 mindən 2 min nəfərə endirib.