Bu gün Azərbaycandan avtobusla Həcc ziyarətinə gedən zəvvarlar yola düşüblər. APA-nın məlumatına görə, onları Azadlıq meydanından yaxınları, ailə üzvlər və Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri yola salıblar.
Ümumilikdə 27 avtobusla 720 zəvvar Həcc ziyarətinə gedib.
Onlar Azərbaycandan Gürcüstana, oradan Türkiyəyə, Suriyaya, İordaniyadan keçməklə Səudiyyə Ərəbistanına gedəcəklər. Zəvvarlar yolüstü olan bütün müqəddəs yerləri də ziyarət edəcəklər. Onların bir həftə sonra Səudiyyə Ərəbistanına çatacaqları gözlənilir.
Zəvvarlar qrip virusuna qarşı peyvənd olunublar. Zəvvarlara A/H1N1 virusundan qorunmaq üçün qoruyucular paylanılıb, bütün avtobuslara həkim briqadaları təyin edilib.
Gələn həftədən isə təyyarə ilə Həcc ziyarətinə gedənlərin yola salınmasına başlanılacaq.