Azərbaycandan Həcc ziyarətinə avtobusla gedən zəvvarlar Türkiyə ərazisindədirlər.
Bu barədə APA-ya zəvvarlara rəhbərlik edən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Həmdulla Babayev məlumat verib. Onun sözlərinə görə, dünən azərbaycanlı zəvvarlar Gürcüstan ərazisindən keçərək Türkiyəyə daxil olublar: "Bu gün axşam Türkiyədən Suriyaya keçəcək zəvvarların səhhətində heç bir problem yoxdur. Biz yolumuzu uğurla davam etdiririk".
Xatırladaq ki, təyyarə ilə Həccə gedəcək zəvvarlar noyabrın 18, 19, 20-də yola düşəcəklər.