Azərbaycandakı katolik kilsəsinə yeni başçı təyin olunub.
Kilsədən APA-ya verilən məlumata görə Roma Papası 16-cı Benediktin fərmanı ilə bu vəzifəyə Vladimir Fekete təyin olunub. Ötən bazar günü, noyabrın 8-də Qafqazdakı nunsi Klaudio Qucerotti, dini konfessiya nümayəndələri və kilsə üzvlərinin iştirakı ilə Müqəddəs Məryəm kilsəsində təhvil-təslim mərasimi keçirilib. Əvvəlki kilsə rəhbəri Yan Çapla səlahiyyətlərini Vladimir Feketeyə verib.
Xatırladaq ki, Y. Çapla bu vəzifədə 2003-cü ildən çalışıb.