Bütün Ermənilərin Katolikosu II Qaregin gizir Mübariz İbrahimovun meyitinin qaytarılması üçün Ermənistan prezidentinə müraciət edib. APA-nın "ARMENIA Today" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Eçmiədzinin mətbuat xidmətinin rəhbəri Vaqram Melikyan bildirib.