Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 11-də İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nizami Məmmədzadə - APA. Gələn ildən başlayaraq İslam İnkişaf Bankı (İİB) Gürcüstandakı azərbaycanlı tələbələrə yardım edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda səfərdə olan İslam İnkişaf Bankının nümayəndələri deyiblər.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yaradılması ilə əlaqədar Azərbaycana səfər edəcək.
İranın Nazirlər Kabineti Azərbaycanla sərhəd və təhlükəsizlik sahəsində əməkdaşlığa dair imzalanmış sazişi təsdiqləyib. APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, iclas prezident Mahmud Əhmədinejadın sədrliyi ilə keçirilib.