Kasıb tələbələri missioner təşkilatların fəaliyyətində iştirak etməyə sövq edirlər. Bu barədə Gənclər ilinə həsr olunmuş dəyirmi masada Tələbələrin Beynəlxalq Əməkdaşlıq Birliyinin sədri Xaliq Qarayev bildirib.
"Tələbələr üçün yataqxanaların olmamasından istifadə edərək müxtəlif missioner təşkilatlarının nümayəndələri tələbə qızlara ucuz mənzil təklif edir, sonra isə əxlaqi pozğunluğa təhrik edirlər"- deyə, o bəyan edib.
"Boş yataqxanalar yoxdur. Onlar qaçqın ailələri tərəfindən tutulub. Ali məktəblərin məzunları yataqxanalarda yaşamasalar da, guya orada olduqları üçün pul ödəməlidirlər. Əks halda onlar qeyd vərəqəsini doldura bilməzlər"- deyə, Qarayev vurğulayıb.