Hörmətli müsəlmanlar!
Məlumdur ki, İslam dini təmizliyə böyük önəm verir və bizlərə təmizliyə riayət etməyi əmr edir. Təmizlik insanın maddi və mənəvi kirlərdən təmizlənməsi, daxili və xarici zahiri aləminin təmiz olması deməkdir. Dinimizdə təmizlik bir sıra ibadətlərin şərti olduğu kimi, sağlam həyat sürmək üçün də olduqca vacibdir. Təsadüfi deyil ki, Qurani-Kərmin nazil olan ilk ayələrindən biri təmizliklə bağlı olmuşdur. Təmizlik, Allah sevgisini qazanmağa vəsilədir. Qurani-Kərimdə bu barədə "Şübhəsiz, Allah tövbə edənləri, pak olanları sevər" (Bəqərə, 222), bir hədisdə isə "Təmizlik imanın yarısıdır" (Riyazu's-salihin, №25) buyurulmuş, beləcə İslam dininin təmizliyə verdiyi önəm göstərilmişdir.