POPULYARXƏBƏRLƏR

Dinimizdə təmizlik

Hörmətli müsəlmanlar!

Məlumdur ki, İslam dini təmizliyə böyük önəm verir və bizlərə təmizliyə riayət etməyi əmr edir. Təmizlik insanın maddi və mənəvi kirlərdən təmizlənməsi, daxili və xarici zahiri aləminin təmiz olması deməkdir. Dinimizdə təmizlik bir sıra ibadətlərin şərti olduğu kimi, sağlam həyat sürmək üçün də olduqca vacibdir. Təsadüfi deyil ki, Qurani-Kərmin nazil olan ilk ayələrindən biri təmizliklə bağlı olmuşdur. Təmizlik, Allah sevgisini qazanmağa vəsilədir. Qurani-Kərimdə bu barədə "Şübhəsiz, Allah tövbə edənləri, pak olanları sevər" (Bəqərə, 222), bir hədisdə isə "Təmizlik imanın yarısıdır" (Riyazu's-salihin, №25) buyurulmuş, beləcə İslam dininin təmizliyə verdiyi önəm göstərilmişdir.

Əziz möminlər!

Dinimizin istədiyi təmizliyə, həm maddi, həm də mənəvi aspektdən yanaşmaq lazımdır. Maddi təmizlik insanın vücudu, paltarı, yeməyi-içməyi, ətrafı və istifadə etdiyi hər şeyi təmiz saxlaması deməkdir. Geyim və qida təmizliyi haqqında Qurani-Kərimdə "Paltarını da (daim) təmiz saxla" (Muddəssir, 4), başqa bir ayədə isə "Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, şeytanın izi ilə getməyin" (Bəqərə, 168) buyurulmuşdur. Bu ayələrdə geyim təmizliyinə, sağlam və halal qidalarla qidalanmanın vacibliyinə diqqət çəkilmişdir.

Həzrəti Peyğəmbər (s.ə.s.) isə: "Paltarlarınızı yuyun, təraş olun, dişlərinizi təmiz saxlayın, gözəl və təmiz olun" (Muxtaru'l-əhadis, 202) buyuraraq təkəbbürə səbəb olmamaq şərtilə hər zaman təmiz və düzgün geyinməmizi istəmişdir.

Gördüyümüz kimi, İslam dini vücud təmizliyinə və baxımına lazımi önəmi verməkdə, kir içində yaşamaqdan çəkindirməkdədir. Dinimiz yuyunub təmizlənməyi, bədənin təmizliyinə fikir verməyi də israrla tələb edir. Sevimli Peyğəmbərimiz (s.ə.s.) bir hədisində "Bədəninizi təmiz saxlayın" buyurmuş və "Allah sizi təmiz qullarından etsin" (Muxtaru'l-əhadis, 737) deyə dua da etmişdir.


Hörmətli möminlər!

Maddi təmizliyin yuxarıda sadalanan ünsürlərinə riayət etməklə yanaşı, mənəvi təmizliyimizə də fikir verməliyik. Mənəvi təmizlik dinimizin qadağan etdiyi bütün pisliklərdən və bu pisliklərə aparan bütün səbəblərdən uzaq durmaq, bizi əməlisalehliyə və kamilliyə qovuşdurmağa əngəl olan mənfur duyğuları qəlbimizdən silmək, ibadətləri yerinə yetirmək, riyadan çəkinmək, haramlardan və qadağan olunmuş şeylərdən uzaq durmaq deməkdir.

Belə bir təmizlik isə ancaq İslam dinin əmr etdiyi maddi və mənəvi təmizliyə diqqət etməklə mümkün olar. İslam dini gözəllik, yaxşılıq, asanlıq və təmizlik dinidir. Elə isə, fərd və cəmiyyət olaraq həyatınız boyu təmizliyə son dərəcə önəm verməliyik. İbadət anında olduğu kimi, cəmiyyət içində də hər kəsin xoş görəcəyi bir təmizliyə sahib olmalıyıq. Unutmamalıyıq ki, təmizliyə riayət edən müsəlmanlar Allah qatında məqbul, insanların gözündə isə mötəbər şəxslər olurlar.



Aqil HACIYEV ([email protected])



Yerləşdirilib:8 Avqust, 2008  10:32, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com