POPULYARXƏBƏRLƏR

Amerikalı jurnalist "Əbu-Bəkr" məscidindən reportaj hazırlayıb

Azərbaycanda vəhabiliyin güclənməsi Qərbdə də diqqətlə izlənilir. Bir çox Qərb ekspertləri və təhlilçiləri radikal vəhabiliyi Azərbaycanda stabillik üçün başlıca təhlükə mənbələrindən biri kimi görürlər.

Bu dəfə isə Amerikanın "The State" internet jurnalının əməkdaşı Coşua Kuçer Bakıda olub və vəhabilərin ən böyük məscidi kimi tanınan "Əbu Bəkr"dən reportaj hazırlayıb. Amerikalı jurnalist qeyd edir ki, şəhərin biznesin və nəqliyyatın gur olduğu səmtində yerləşən bu məsciddə ibadət edənlərin sayı günbəgün artır: "Burada gənc imam Qamət Süleymanov Azərbaycan hakimiyyətinin qorxduğu islamın vəhabilik kimi tanınan fundamental səudi stilində moizələr oxuyur. Maraqlıdır ki, hakimiyyət ölkədəki bütün bu tipli məscidləri bağlayıb, ancaq "Əbu Bəkr"ə imkan verib ki, fəaliyyətini davam etdirsin. Bəziləri bunu hakimiyyətin Qamət Süleymanovun populyarlığından çəkinməsi ilə izah edirlər".

Jurnalist məsciddə cümə namazından əvvəl olub və özünün yazdığı kimi, ayaqqabılarını çıxararaq Brazilya futbolçularının şəkli olan köynək geyinmiş Meydan adlı icma üzvü ilə yan-yana əyləşib. "Mən onun yanında əyləşmək istəyirəm, ancaq bilmirəm ki, o amerikalı ilə bərabər oturmağa necə baxacaq. Ancaq Meydan mənim onunla yanaşı dayanmağıma həvəslə razılaşır. O, mənim gəlişim haqda məscid rəhbərliyinə məlumat verir. İcma üzvlərinin bir çoxu qarşılarına Azərbaycan, bir çoxları isə rus dilində Quran qoyublar. Məscidin divarları vəhabilikdə olduğu kimi ağdır, ancaq rəngləri köhnəlib, bəzi yerlərdə suvaqlar qopub".

Meydan amerikalı jurnalistlə söhbətində bu məscidi şiə məscidlərindən üstün tutmasını belə əsaslandırıb: "Şiələr əsl İslama zidd olan işlərlə məşğuldur. Onlar müqəddəs hesab etdikləri insanların qəbirlərinə inanırlar, müqəddəs su içirlər və özlərini döyürlər".

Meydanla bərabər dayanmış digər vəhabi isə mobil telefonundakı başına qara çadra taxmış qadının Aşura günündə özünü döyməsini əks etdirən videokadrları amerikalı jurnalistə göstərib: "Normal adamlar belə eləməzlər, hətta xristianlar da". Meydan deyir ki, o, əsl İslamın Səudiyyə Ərəbistanında olduğuna inanır: "Bu ölkəyə getsən, hansısa oteldə qalmağa ehtiyac yoxdur. İstənilən müsəlman sizi üç gün evində qonaq saxlamağa hazırdır, əsl İslam bax, budur". Amerikalı jurnalist ibadət edən vəhabilər arasında bp şirkətinin əməkdaşını da görüb. O deyib ki, şirkət istirahət günləri ona sərbəstlik verir və buna görə də vaxtını bu məscidə gəlməklə keçirir: "Çünki burada əsl İslam dinini təbliğ edirlər".

Coşua Kuçera daha sonra yazır ki, Q.Süleymanov minbərə çıxıb moizə oxumağa başlayır və toplaşanlardan bir çoxu onun çıxışını mobil telefonlarına qeyd edir: "O, azəri dilində çıxış etdiyinə görə mən bir şey başa düşə bilmirəm, ancaq Süleymanovun nitqinin rəvan olduğunu, kütləni inandırdığını görmək üçün tərcüməçiyə ehtiyac yoxdur. Mənə deyirlər ki, hər cümə namazına az qala 10 min adam gəlir. Onu dinləyənlərdən birindən Süleymanovun nə dediyini anlatmağı xahiş edirəm. Elşad adlı bu vəhabi deyir ki, imam müsəlmanları terrorçu-kamikadze olmaqdan çəkinməyə çağırırdı. "Doğrudan, o, "terroçu-kamikadze ifadəsini işlətdi?" deyə soruşuram. "Yox, amma bilirik ki, onu nəzərdə tutur".
Məqalədə deyilir ki, terrorçuluq mövzusu "Əbu-Bəkr"də həssas mövzudur. Çünki 11 sentyabr hadisələrindən sonra hakimiyyət Qərbin İslam qorxusundan istifadə edərək hansısa sosial narazılıq əlamətini yatırtmaq üçün insanları "vəhabi" və ya "terrorçu" adı altında həbs: "Hökumət vaxtilə "Əbu-Bəkr"i də Çeçenistana terrorçular göndərməkdə ittiham edib və bağlamaqla hədələyib. Analitik Arif Yunusov mənimlə söhbətində deyir ki, Azərbaycanda radikal İslamın güclənməsi Qərbin səhv siyasətinin nəticəsidir. Onun dediyinə görə, azərbaycanlılar əsasən Qərbə meyllidir, ancaq 2003-cü il prezident seçkiləri zamanı ABŞ-ın tutduğu mövqe əhalini Qərbdən üz döndərməyə vadar edib". Q.Süleymanov isə amerikalı jurnalistlə söhbətində dəfələrlə deyib ki, terrora qarşıdır və "Əl-Qaidə" kimi radikal təşkilatların fəaliyyətini İslama qarşı hesab edir. Ancaq o deyib ki, hökumətin qadınları başlarını açmağa məcbur etməsini də istəmir. "Əbu-Bəkr"in imamı onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsini ancaq hərbi yolla həll etmək olar. Onun fikrincə, Qərblə iqtisadi əlaqələr lazımdır, ancaq Qərb mədəniyyətini Azərbaycana gətirmək olmaz. // Bizim Yol



Yerləşdirilib:2 Avqust, 2008  21:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com