"Bəzən mənim adımı şüşə, armatur, alma, soğan və kartof biznesi ilə məşğul olan şəxs kimi hallandırırlar. Bunların heç biri həqiqətə uyğun deyil. Bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır.".
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. "GEN" MMC Tikinti Şirkətinin həbs olunan rəhbəri Elbrus Əliyevin cinayət işində adının hallandırılmasına münasibət bildirən A. Paşazadə ümumiyyətlə, belə bir adamı tanımadığını söyləyib. Şeyxülislamın fikrincə, belə məlumatları onu istəməyən qüvvələr yayır: "Mən ermənilərlə vuruşuram. Belə çıxır ki, daxildə də ermənilərlə vuruşmalıyam. Çünki mən belə şeyləri yazanları erməni adlandırıram".