İrandakı məhkəmə yetkililəri, ölkədə günah kimi qəbul edilən "zina"ya qarşı verilən rəcm (daş-qalaq öldürmə) cəzasının aradan qaldırılması üçün parlamentə qanun layihəsi təklif edib.
Məhkəmə sözçüsü Əli Rza Cəmşidi, daha öncə rəcm cəzasına məhkum edilmiş olan bəzi insanların da cəzalarının nəzərə alındığını, bu cəaların həbs və ya digər cəza ilə əvəz olunduğunu söyləyib.
İranda bir qrup hüquq müdafiəçisi, keçən ay 8 qadın və kişinin rəcm cəzasına məruz qaldıqlarına diqqət çəkmiş və dövlət yetkililərindən bu cəzanın aradan qaldırılmasını istəmişdi.
İranda keçən il bir nəfər zina etdiyi səbəbi ilə daş-qalaq edilərək öldürülmüş və bu olay beynəlxalq təşkilatların güclü etirazına səbəb olmuşdu.