Bakının Binə qəsəbəsində yerləşən İmam Rza məscidinin nəzir qutusundan qıfılı sındırmaq yolu ilə nəzir pulları oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Əzizbəyov Rayon Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər -1977-ci il təvəllüdlü Pərviz Şamil oğlu Əzimov, qardaşı 1982-ci il təvəllüdlü Kamil və 1976-cı il təvəllüdlü Mikayıl İsrafil oğlu İsmayılov tutulub.
Saxlanarkən K.Əzimovdan 0,684 qram və M.İsmayılovdan 0,558 qram narkotik vasitə olan heroin aşkar edərək götürülüb. // lent.az