Tailandın Kamboca ilə sərhədindəki Sisaket vilayətində kahinlər milyonlarla ədəd şüşə qabdan ehram (Wat Lan Kuad) tikiblər. Lent.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yerli buddistlər hələ 1984-cü ildən şüşə qab yığmağa başlayıblar.
Toplanan şüşələr əsasında isə artıq 20 tikili hazırlanıb. Tikili əsas ehram, ibadət otaqları və turistlər üçün otaqlardan ibarətdir.
Kahinlərin sözlərinə görə tikintidə şüşə qablardan istifadə etmək çox asan və rahatdır. Onlar çox rahat yuyulur və gözəl işıqlandırma yaradır. Kahinlər deyirlər ki, şüşə qabları bərkitmək üçün sementdən istifadə ediblər. Onların sözlərinə görə, ehramın tikilişində 1,5 milyon rəngbərəng şüşə butulkadan istifadə olunub.