Pakistanda baş verən güclü partlayış nəticəsində 5 nəfər ölüb, 15 nəfər isə yaralanıb. APA-nin məlumatına görə, partlayış iyulun 15-də Tirah rayonunda əhalinin sıx toplaşdığı bazarda qeydə alınıb. Hazırda polis partlayış baş verən ərazini mühasirəyə alıb, təhqiqat aparılır.