. İranla Türkiyə arasında 660 kilometr uzunluğunda yeni qaz kəmərinin çəkilişi üçün 1 milyard avro dəyərində müqavilə imzalanıb.
APA-nın "FARS" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, müqavilələr iki ölkənin energetika nazirlərinin iştirakı ilə imzalanıb. Nazirlər həmçinin iki ölkənin əlaqələrinin güclənməsi və Türkiyə sərmayədarlarının İranın elektrik enerjisi sektoruna, həmçinin neft sektoruna investisiya yatırması məsələlərini də müzakirə ediblər.