Rusiya İsrail hökumətini Yaxın Şərq nizamlanmasına xələl gətirə biləcək addımlardan çəkinməyə çağırıb. Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Andrey Nesterenko məlumat verib.
Əfqanıstanın Müdafiə Nazirliyi məlumat verib ki, Helmand əyalətində yerli ordunun bir əsgəri patrul çəkən Britaniya əsgərlərinə atəş açaraq üç əsgəri öldürüb.
İsrail yardım gətirməklə, onun Qəzza zolağındakı 3 illik blokadasına son qoymağa çalışan Liviya gəmisinin qarşısını almaq üçün diplomatik səylərə başlayıb.