Əfqanıstan polisinin bildirdiyinə görə, Qəndəhar şəhərində bomba hücumu nəticəsində ali dini rəsmi də daxil olmaqla 2 nəfər həlak olub.
Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Qəndəhar polis rəisi Şer Məhəmməd Zazayi deyib ki, motosiklə yerləşdirilən bomba müqəddəs müsəlman ziyarətgahlarına səfərlər təşkil edən idarənin önündə partladılıb. Onun sözlərinə görə, partlayış yerli Həcc departamentinin rəhbəri Məhəmməd Həsən Taymuri və bir başqa adamın həyatına son qoyub. Ən azı iki nəfərində yaralandığı bildirilir. Hücumun məsuliyyətini hələlik həç bir təşkilat öz üzərinə götürməyib. Qəndəhar Əfqanıstan hökumət rəsmiləri və institutlarını müntəzəm olaraq hədəf alan Taliban yaraqlılarının istehkamı sayılır.