Bu gün ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq iftar süfrəsi təşkil edib.
APA-nın xəbərinə görə, iftar mərasimində ölkənin aparıcı KİV-lərinin və müxtəlif dinlərə məxsus icmaların rəhbərləri iştirak ediblər.
Mərasimdə çıxış edən A. Sterlinq bütün müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib. İslamın ali mahiyyətindən danışan müvəqqəti işlər vəkili ölkəsində də müsəlmanların yaşadığını, dini tolerantlığın xüsusi önəm daşıdığını bildirib. A. Sterlinq İslamın, həmçinin Ramazan ayının insanlara aşıladığı xeyirxah xüsusiyyətlər barədə danışıb.