İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycandakı İran vətəndaşlarını Pakistanda baş vermiş təbii fəlakətlə bağlı bu ölkə xalqına yardım etməyə çağırıb.
Səfirlikdən APA-ya verilən məlumata görə, müsəlman ölkəsi olan qonşu Pakistanda daşqın və sellə müşayiət olunan təbii fəlakətin milyonlarla insanın öz evlərindən didərgin düşməsi ilə nəticələndiyini nəzərə alaraq Pakistanda evsiz qalan insanlara yardım məqsədilə İranın Azərbaycandakı səfirliyi tərəfindən İran Milli Bankının Bakı filialında 341102000004 nömrəli hesab açılıb. Azərbaycanda yaşayan İran vətəndaşları bu aksiyada iştirak etməyə dəvət olunur