Təhsil naziri Misir Mərdanov hicablı şagirdlərin dərslərdə iştirakı ilə bağlı müxbirin sualına cavab verərkən, ANS-in efirində demişdir: "Biz bu şagirdlərin dərsdən kənarda qalmasını istəmirik. Təhsillə təmin etmək - bizim vəzifəmizdir. Odur ki, hicablı şagirdlər valideynləri ilə birgə məktəbə gəlsinlər və dərslərdə iştirak üçün direktora müraciət etsinlər".