YUNESKO milli komitəsinin rəhbəri deyir: "İmam Əlinin (ə) Malik Əştərə yazdığı məktubun dəyərli nüsxəsi YUNESKO-da qeydiyyata alınacaqdır". (abna)
YUNESKO milli komitəsinin rəhbəri Hüccətil-İslam Seyid Muhəmmədəli Əhmədi Əbhəri deyir: "1992-ci ildən bəri YUNESKO-nun milli komitəsində tarixi əsərlərin və kitabların qeydiyyata alınması işi başladılmışdır. İndiyə qədər YUNESKO-da çox sayda əsərlər qeydiyyata alınmışdır. Buna misal olaraq, Təbrizin mərkəzi kitabxanasında saxlanılan "Vəqfnamə"yə işarə etmək olar. Bu əsərdən başqa iki milli əsərin də adını çəkmək olar. Onlardan biri "Şahnamə yasneqəri" Gülüstan sarayının muzeyində saxlanılır. "Məcmuyeyi istinadi təşkilati idari ostani Qudsi Rəzəvi" əsəri də 2007-2008-ci ildə bu siyahıya daxil olunmuşdur. Hər bir ölkə il ərzində ancaq iki milli əsərini qeydiyyata sala bilər. Bu il də tərəfimizdən iki əsər qeydiyyata salınmışdır. Bu kitablar: "Əltəfhimi lə əvayili sənaətəl təncim" kitabı muzey kitabxanasında və "Xəmsətil-nizam" kitabı isə Şəhid Mutəhhəri adına mədrəsəsində saxlanılır. Hal-hazırda isə Ayətullah Mərəşi Nəcəfi (r) kitabxanasında saxlanılan İmam Əlinin (ə) Malik Əştərə yazdığı dəyərli məktub üzərində mütaliələr aparılır ki, YUNESKO-nun qeydiyyatına salınsın. 2013 –cü ildə YUNESKO-nun mərkəzi şurası burada iclas keçirəcəkdir".