İranda MOSSAD-ın casus şəbəkəsi zərərsizləşdirilib.
İslam-Azeri.az İnternet qəzetinin İran telekanallarına istinadən verdiyi xəbərə görə, həbs edilənlər ötən il Tehran universitetinin nüvə alimi Məsud Əli Məhəmmədinin qətlini həyata keçirənlərdir
Xatırladaq ki, sözügedən cinayət həyata keçirildikdən bir müddət sonra İranın xüsusi xidmət orqanları bu qətlin arxasında ABŞ CİA-sının və İsrail MOSSAD-ının dayanmasını bəyan etmişdilər.
Göründüyü kimi, bu iddiaların sübutunu çox gözləmək lazım gəlmədi.