POPULYARXƏBƏRLƏR

HİCABA MƏHDUDİYYƏT - YOLVERİLMƏZDİR

Orta məktəblərdə qız uşaqlarının hicablı geyimdə təhsil almasına maneəçilik törədilməsi haqlı olaraq dindarları və insan azadlıqları tərəfdarlarını hiddətləndirir və təşviş hissi doğurur.

Faktiki olaraq bir çoxlarının məntiqsiz və cahil həyat sürdüyü zəmanəmizdə hicaba əl uzadılması nə üçün bu qədər kəskin reaksiya doğurur?

Biz, deyilənə görə, müsəlman ölkəsiyik, İslam Konfransı Təşkilatının üzvüyük. Dövlət bayrağımızda İslamın rəmzi olan yaşıl rəng öz yerini tutmuşdur. Ramazan bayramı, Qurban bayramı dövlət tərəfindən rəsmi olaraq bayram kimi qeyd olunur. Bir çox rəhbərlərimiz Həcc ziyarətində olmuşlar.

Bizim bu ölkədə özlərini "ziyalı" adlandıranların çox cüzi hissəsi ateist olduğunu etiraf edər. Əksəriyyət Allahın varlığına inandığını, Qurana hörmət etdiyini, özünün və ata-babasının müsəlman olduğunu bəyan edir. Lakin əmələ gəldikdə isə...

Sıravi bir vətəndaş təsəvvür edək. Həmin şəxs avtomobilini idarə edərkən yolda DAM işçisini və ya radar qurğusunu gördükdə özünü yığışdırır, sürəti azaldır və s. Səbəb odur ki, cəzalandırılmaqdan qorxur. Eyni zamanda öz rəisini görəndə ona yarınmağa, əmrlərini düzgün və vaxtında yerinə yetirməyə və s. çalışır. Səbəb – mükafatlandırılmasına, vəzifəsinin, maaşının yüksəldilməsinə olan ümiddir.

Bunlar o deməkdir ki, həmin adamın hissiyyatı vardır. Lakin əgər həmin şəxs ən böyük qüdrət və qüvvət sahibi olan Allah Təalanın qadağalarına əhəmiyyət vermirsə, əmr etdiyi əməlləri yerinə yetirmirsə, bu, əslində Allaha inanmamaq, Onun cəza vermək və ya mükafatlandırmaq iqtidarında olmadığını zənn etməkdir. Bu isə açıq-aşkar kafirlikdən başqa bir şey deyildir.

Əgər soruşanda "mən müsəlmanam" deyən şəxs Allahın əmrlərini yerinə yetirmirsə (namaz qılmırsa, oruc tutmursa, zəkat vermirsə, hicaba riayət etmirsə və s.), qadağalarına məhəl qoymursa (sərab içirsə, zina edirsə, qumar oynayırsa, rüşvət alırsa və s.) və özünü ağıllı, "ziyalı" hesab edirsə, bu onun öz seçimidir. Hər kəs öz əməlinə görə Allah qarşısında şəxsən cavab verəcəkdir. Odur ki, imanlı, vicdanlı insanlar belə halları görəndə narahat olub təəssüf hissi keçirsələr də, nisbətən sakit qarşılayırlar.

Lakin azan verilməsinə əngəl törədilməsi, hicaba qadağa qoyulması mahiyyət etibarilə fərqli məsələdir.

Bu kimi işlər əslində mömin bir şəxsin boğazına zorla şərab tökmək, yaxud ismətli bir insanı əxlaqsızlığa məcbur etmək və s. kimi mənhus əməllərlə bir sırada durur.

Odur ki, bu kimi əməllər Allahın əmrinə qarşı çıxmaqla yanaşı, haqlı olaraq, insanların şəxsiyyət və hüquqlarına təcavüz kimi qətiyyətlə pislənilir və yolverilməzdir.

Eldar Ümidvar,
"Deyerler.org"un oxucusu



Yerləşdirilib:10 Yanvar, 2011  12:37, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com