POPULYARXƏBƏRLƏR

Türkiyənin bütün ali təhsil mərkəzləri hicabın faktiki azadlığını elan etmişdir

İlk dəfə olaraq, Türkiyənin bütün ali təhsil mərkəzləri hicabın rəsmi şəkildə qadağan edilməsini qeyri-qanuni elan etmişdilər. (abna)

Türkiyənin ali təhsil mərkəzlərində hicabın qadağasının qaldırılması həyata keçirilməyə başlanmışdır. Belə ki, bu ölkənin dövləti bəyanat verərək, hicabına görə ali təhsil mərkəzlərindən xaric edilən tələbələri himayə edəcəyini elan etmişdir. Dövlətin bu qətnaməsinin ardınca Türkiyənin ali təhsil mərkəzləri bir-birinin dalınca bu qadağanı ləğv etməyə başlamışdılar.
Baxmayaraq ki, Türkiyə respublikasının banisi Mustafa Kamal Atatürk qadınları hicablarını çıxartmağa təşviq edirdi və belə bir qanun qəbul etmişdi ki, kişilərin milli paltar geyinməyi qadağandır. Ancaq hicabın rəsmi şəkildə qadağan edilməsi onun dövrünə aid deyildir.
Hicabın rəsmi şəkildə ali təhsil ocaqlarında və ümumi dövlət idarələrində qadağan edilməsi 1980-cı ilə aid edilir. 1998-ci ildə Türkiyənin hərbi qüvvələri Türkiyənin baş nazirini hakimiyyətdən kənarlaşdırandan sonra hicab Türkiyənin ali təhsil mərkəzlərində rəsmi şəkildə qadağan edilmişdir.
Beynəlxalq hüquq müdafiə təşkilatı 2004-cü ildəki hesabatında elan etmişdi ki, hicabın qadağan edilməsi institutlardakı azadlığı aradan qaldırmışdır. Hicablı müəllimlərin işdən çıxmasına və hicablı qadınların ali təhsil mərkəzlərindən məhrum olmasına gətirib çıxartmışdır. Bu təşkilatın nümayəndələrindən biri Raşel Denber bu haqda deyir: "Hicablı qadınların ali təhsil almalarının qadağan edilməsi türk dövlət adamlarının qadın azadlığı şüarına ziddir".
Türkiyənin Baş naziri və Ədalət partiyasının rəhbəri Rəcəb Tayyib Ərdoğan 2008-ci ildə institutlardakı hicab qadağasını aradan qaldırmağa səy göstərmişdi. Ancaq onun bu səyləri bir nəticə verməmişdi.
Ancaq keçən il Ərdoğan referendiumda qalib gəldikdən sonra onun dövləti bu qadağanı aradan qaldırmağa müvəffəq oldu.
Türkiyənin Xalq partiyası hicabın müxalifi olan bir partiyadır ki, bu qanun çıxandan sonra onu müzakirə etmək istəmişdilər. Ancaq öz hədəflərini həyata keçirə bilmədikləri zaman heç olmasa dövlət idarələrində bu qadağanın qaldırılmamasına görə səylər göstərirlər. Bu partiyanın müavini iddia edir ki, onların hicabla müaxlifətlik etməklərinin səbəbi odur ki, qadınlar hicablarına görə ayrı-seçkiliyə məruz qalırlar. Ona görə də ciddi psixoloji ziyan görürlər.
Türkiyəin hicablı vəkillərindən biri olan Fatimə Benli deyir: "Mən vəkil olduğum üçün uzun saatlar iş görürəm. Öz işimdə çox mahirəm. Ona görə də yüksək məvacibə malik olmalıyam. Ancaq hələ də maddi cəhətdən valideynlərimdən asılıyam". O, bunun səbəbini hicablı olduğunda görür. Çünki hicabına görə dövlət və ümumi idarələrə daxil ola bilmir.
Son tədqiqlər göstərmişdir ki, hətta xüsusi bölmələrdə belə hicablı qadınlara qarşı ayrı-seçkilik həyata keçirilir. Onların bu cür yerlərdə də işə düzəlməsi çox çətindir. Əgər işə düzəlsələr belə işdən azad edilən ilk insan olurlar.
/Deyerler.org/



Yerləşdirilib:10 Yanvar, 2011  12:44, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com