Dünən axşam Gəncə polis işçiləri 20 nəfər dindarı polis bölməsinə aparıblar
Faktxeber.com- "Qaynar Xətt"inə daxil olan məlumata görə, dünən axşam Gəncədə 20 nəfər dindar Gəncə polis işçiləri tərəfindən əsas olmadan polis bölməsinə aparılıblar. "Qaynar Xətt"imizə zəngə edən Gəncə sakini Füzuli Abbasov bildirdi ki, hal-hazırda onlardan 17 nəfərini sorğu-sualdan sonra evə buraxıblar. Digər 3 nəfər isə 3-5 sutka həbs cəzası veriiblər. Həbs olunanlar Poladov Samir 5 sutka, Musayev İlqar 3-sutka, İbrahimov Ruslan 3-sutka azadlıqdan məhrum ediliblər.
/Faktxeber/