Dubay İslam və Xeyriyyə Fəaliyyəti Departamenti (İXFD) "Mənim dinim mənim mənsubiyyətimdir" şüarı altda Qlobal İslam Mədəniyyəti layihəsinə start verdi. (abna)
İXFD-nin direktor müavini doktor Muhəmməd Əl Xətib bildirmişdir ki, layihənin məqsədi cəmiyyətdə ənənələrindən və dinlərindən asılı olmayaraq, cəmiyyətin müxtəlif təbəqələrində yerli və qlobal formada İslam mədəniyyətini yaymaqdır.
"İnsanlar xüsusən də gənclər öz dinləri, səhhətləri, ətraf mühitləri, cəmiyyətləri və çoxmədəniyyətli mühitdə ümumi bilgilər və həyatın iqtisadi aspektləri haqqında çox bilməlidirlər", - deyə layihənin rəhbəri İman Abdullah bildirmişdir. O, əlavə olaraq bildirmişdir ki, insan İslam mədəni dəyərlərini daha çox başa düşdükcə onun üçün digər dəyərlərə hörmət etmək asan olur və öz dəyərlərini unutmadan onlarla yaşamaq daha asan olur.