Şimali Atlantik Alyansı rəsmən Liviyada hərbi əməliyyatlara rəhbərliyə başlayıb. Bu barədə NATO rəhbərliyindən məlumat verilib, - "Lenta" xəbər verir.
Hərbi əməliyyatlara komandanlıq bu gün Bakı vaxtı ilə səhər saat 10-da NATO-ya təhvil verilib. Komandanlığın NATO-ya təhvil veriləcəyi isə martın 27-də elan olunmuşdu. NATO-nun 28 üzvünün də bu əməliyyatlara dəstək verəcəyi bildirilir.