Müəmmər Qəzzafinin Benqazidəki sarayının içində gizli yeraltı zindanlar aşkar edilib. Ətrafı hündür divarlarla əhatələnmiş sarayın içində yüksək divarlar və dəmir qapılarla bağlanmış onlarla qapalı otaq ortaya çıxıb.
Hazırda üsyançıların nəzarətində olan Benqazidə Müəəmmər Qəzzafinin sarayı indi Liviya sakinləri üçün ziyarət yerinə çevrilib. Qadın, kişi və uşaqların görməyə getdiyi sarayın ən maraqlı hissəsi də məhz siyasi məhbusların saxlandığı ehtimal edilən həmin gizli həbsxanalardır.
Sarayın divarlarında isə azad Benqazi, ev satılır,qarğa yuvası kimi fərqli yazılar nəzərə çarpır.
Qəzzafinin Liviya xalqına zülm etdiyini, günahsız insanları öldürdüyünü , insan haqqları və müstəqilliklərini əllərindən aldığını deyən sakinlər 42 ildir orada olan Qəzzafini 42 gündə çıxardıqlarını bildiriblər. Həmin zindandakı insanlar isə sərbəst buraxılıb. Üsyançılar hazırda Misrata və Əzzəviyə şəhərlərindəki sakinlərin vəziyyətinin mühüm olduğunu və Qəzzafi qüvvələrinin oradan da çıxarılmasının vacib olduğunu deyiblər. ANS PRESS