Bir qrup yaraqlı aprelin 2-də NATO-nun Əfqanıstanın paytaxtı Kabildəki "Feniks" hərbi bazasına hücum edib.
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, yaraqlıların 3 nəfər olduğu bildirilir. Onlardan ikisi cavab atəşi ilə məhv edilib.
Yaraqlılardan birinin kamikadze olduğu ehtimal edilir.
Baza qumbaraatanlardan və digər silahlardan atəşə tutulub.