Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Səudiyyə Ərəbistanına yola düşür. Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Aprelin 16-da İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin üçtərəfli görüşü keçirilib.
BMT Liviyaya silahlı qüvvələrin köməyilə humanitar yardım edilməsinin əleyhinə çıxıb. Bu barədə BMT-nin Humanitar məsələlərin koordinasiyası idarəsinin mətbuat katibi Elizabet Birs bəyan edib.
Liviyanın Müvəqqəti keçid hökumətinin liderlərindən biri Mahmud Cibril yaxın günlərdə Vaşinqtona gedəcək. Burada o Ağ Ev və Konqres nümayəndələri tərəfindən qəbul ediləcək.
"Liviyada hərbi kampaniyada iştirak edən Qərb dövlətləri öz hərəkətləri ilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi ilə verilmiş səlahiyyətlərinin aşıblar".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun şöbə müdiri Azadə Musabəylinin "Bağdadda yaranan Azərbaycan ədəbiyyatı və Ruhi Bağdadi divanı" kitabı iki cilddə çap edilib.