Yəmən prezidenti Əli Abdulla Saleh ölkəni tərk edib. APA-nın xəbərinə görə, bu barədə Yəmən hökumətindəki qaynaqdan "BBC"-yə bildirilib.
Mənbə Salehin Səudiyyə Ərəbistanına müalicə almaq üçün getdiyini deyib. Lakin onun geri dönüb-dönməyəcəyi açıqlanmayıb.
Yəmən prezidenti ilə yanaşı, ölkənin baş naziri və hökumətə daxil olan yüksək rütbəli daha 4 məmur da prezidentlə birlikdə Səudiyyə Ərəbistanına gedib.
Xatırladaq ki, iyunun 3-də silahlı şəxslər Yəmən prezident sarayını və yaxınlıqdakı məscidi atəşə tutublar. Hadisə nəticəsində Yəmən lideri Əli Abdulla Saleh yaralanıb.