"Əl-Qaidə" terrorist təşkilatının liderlərindən biri, təşkilatın Pakinstandakı qolunun başçısı İlyas Kəşmiri (Ilyas Kashmiri) ABŞ-ın pilotsuz təyyarədən endirilən zərbə nəticəsində öldürülüb.
APA-nın "Reuters" və "BBC News"a istinadən verdiyi xəbərə görə, ötən gecə keçirilən əməliyyat zamanı Pakistanın Cənubi Vəziristan vilayətinin Laman kəndinə pilotsuz təyyarədən zərbələr endirilib. Nəticədə, 9 nəfərin həlak olduğu bildirilir.
ABŞ-ın kəşfiyyat orqanlarının nümayəndələri əməliyyat zamanı İ.Kəşmirinin öldürüldüyünü bildiriblər. Əhəmiyyətinə görə bu, Üsamə bin Ladenin öldürülməsindən sonra ikinci analoji uğurlu əməliyyat kimi qiymətləndirilir.