Yəmən prezidenti Əli Abdulla Saleh, parlamentin sədri, baş nazir və baş nazirin müavini yaralanıblar.
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə prezident sarayının yaxınlığındakı məsciddə baş verib. Dövlət rəhbərliyinin olduğu məscid atəşə tutulub. Məscidə kimlərin hücum etdiyi, ölənlərin və yaralıların sayı hələlik bəlli deyil.