Yəmən müxalifət ölkə prezidenti Əli Abdulla Salehin öldürüldüyü barədə xəbər yayıb.
APA-nın "CNN Türk"ə istinadən verdiyi məlumata görə, Ə. A. Saleh prezident sarayı ərazisindəki məscidin atəşə tutulması nəticəsində həlak olub. Hücumda parlamentin sədri, baş nazir və baş nazirin müavini yaralanıb.