Avropa Birliyinə üzv olan 27 ölkənin xarici işlər nazirləri sentyabrın 2-də Polşada görüş keçirəcək. Görüş zamanı Fələstinin sentyabr ayının sonlarında BMT Baş Assambleyasına müstəqillik üçün müraciətinin müzakirə ediləcəyi bildirilir, - “MigNyus” xəbər verir.
Bundan öncə Fransa prezidenti Nikolya Sarkozi səfirlərin konfransında çıxışı zamanı bildirmişdi ki, Avropa İttifaqı Fələstinin müstəqilliklə bağlı müraciətinə vahid mövqedən yanaşmalıdır. Həmin yanaşmanın nədən ibarət olacağını isə Sarkozi bildirməyib.
“Ümid edirəm ki, Avropa İttifaqının 27 ölkəsi vahid mövqedən çıxış edəcək və biz buna görə məsuliyyətimizi dərk edəcəyik”, - deyə Sarkozi vurğulayıb.
/Deyerler.org/