POPULYARXƏBƏRLƏR

Türkiyə İsrail səfirini “persona non-qrata” elan edib və bu ölkə ilə bağladığı bütün hərbi razılaşmaların icrasını dayandırıb

Əhməd Davudoğlu: “İsrailin öz cəzasını çəkməsinin vaxtı çatıb. Bu cəza İsrailin Türkiyənin dostluğundan məhrum edilməsidir”

Türkiyə İsrail səfirini “persona non-qrata” elan edib və bu ölkə ilə bağladığı bütün hərbi razılaşmaların icrasını dayandırıb
Türkiyə-İsrail münasibətlərində növbəti gərginlik yaranıb. APA-nın xəbərinə görə, İsrailin Qəzzaya yardım daşıyan “Mavi Mərmərə” gəmisinə hücumu ilə bağlı BMT çərçivəsində aparılan araşdırma başa çatıb. Araşdırmanın nəticələri hələ rəsmən açıqlanmasa da, ABŞ mətbuatında dərc edilib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün araşdırmanın nəticələri ilə bağlı sərt açıqlama verib və Türkiyə hökumətinin qəbul etdiyi yeni qərarları elan edib. Ə. Davudoğlu Türkiyə ilə İsrail arasında hərbi sahədəki bütün anlaşmaların icrasının təxirə salındığını və İsraillə diplomatik əlaqələrin səviyyəsini 2-ci dərəcəyə endirdiklərini bildirib.

Nazir İsrailin “Mavi Mərmərə” gəmisinə beynəlxalq sularda hücum etdiyini, bu hücum nəticəsində Qəzzadakı məsum insanlara yardım aparan mülki şəxslərin qətlə yetirildiyini söyləyib: “Müharibə dövründə belə dinc insanlara zərər vermək qadağandır və bu, bəşəriyyətə qarşı cinayət sayılır. İsrail müharibə dövründə deyil, sülh dövründə mülki şəxsləri öldürüb və cəzasını almalıdır. Türkiyə bu cinayətin cəzasız qalmamasını tələb etmişdi. Biz İsraillə 4 dəfə danışıqlar apardıq, amma təəssüf ki, onlar öz aralarında razılığa gələ bilmədilər. Dünən mətbuata sızdırılan BMT raportunda İsrail əsgərlərinin və digər səlahiyyətli şəxslərin törətdiyi cinayət əks olunub. İsrailin bunun cəzasını çəkməsinin vaxtı çatıb. Bu cəza da İsrailin Türkiyənin dostluğundan məhrum edilməsidir”.

Ə. Davudoğlu İsraillə münasibətlərə dair aşağıdakı qərarları qəbul etdiklərini açıqlayıb:

1. Türkiyə-İsrail diplomatik münasibətləri ikinci dərəcəyə endiriləcək. Səfir başda olmaqla 2-ci katib vəzifəsindən yüksək vəzifələrdə çalışan bütün İsrail diplomatları çərşənbə gününə qədər Türkiyəni tərk edəcək.
2. İsraillə bütün hərbi anlaşmaların icrası dayandırılıb.
3. Şərqi Aralıq dənizində ən uzun sahilə malik ölkə olaraq Türkiyə Şərqi Aralıq dənizində hərəkət sərbəstliyi ilə bağlı vacib saydığı hər cür addımı atacaq.
4. Türkiyə Qəzzaya İsrail tərəfindən tətbiq olunan embarqonu tanımır. İsrail blokadanı ləğv etməlidir. Türkiyə bu məsələni beynəlxalq səviyyədə qaldırmaqda qərarlıdır.



Yerləşdirilib:2 Sentyabr, 2011  16:09, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com